Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü nəzərdə tutulub

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü nəzərdə tutulub “Bu xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik”.
Xarici siyasət
190
23 Fevral , 2021 21:24
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü nəzərdə tutulub

“Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik”.

“Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, nazirlər arasında görüş zamanı həmçinin, Əfqanıstan, terrorla mübarizə, bölgə və dünyada baş verən proseslər diqqət mərkəzində olub.

Nazir əlavə edib ki, Türkiyə Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Türkmənistanla Azərbaycan arasında qəbul edilən Anlaşma Memorandumundan çox məmnundur.

Son xəbərlər

Orphus sistemi