Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonuna kimi Aşqabadda görüşəcək

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonuna kimi Aşqabadda görüşəcək Zirvə toplantısından əvvəl XİN başçılarının və energetika nazirlərinin görüşləri keçiriləcək
Xarici siyasət
17 İyul , 2017 09:35
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonuna kimi Aşqabadda görüşəcək
Report.az

Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin sonuna qədər Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü olacaq. 

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq. Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və digər məsələləri geniş formada nəzərdən keçirəcəklər.  

Xatırladaq ki, üç ölkə liderinin iştirak edəcəyi zirvə toplantısının 2016-cı oktyabrında keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan bu görüş ləğv olunub. Daha sonra görüşün Türkiyədə keçirilməsi gözlənilirdi, amma ötən ilin iyul ayında bu ölkədə dövlət çevrilişi cəhdi səbəbindən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi