Bakı. 5 aprel. REPORT.AZ/ İranın Ramsar şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin IV üçtərəfli görüşü başlayıb.
"Report" xəbər verir ki, XİN rəhbərləri əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də bir sıra aktual regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Daha əvvəl bu formatda görüşlər Urmiya (İran), Ərzurum (Türkiyə) və Naxçıvanda (Azərbaycan) keçirilib.
