Azərbaycan, Türkiyə və Тürkmənistanın XİN başçılarının görüşü gələn həftə Bakıda keçiriləcək

Azərbaycan, Türkiyə və Тürkmənistanın XİN başçılarının görüşü gələn həftə Bakıda keçiriləcək Görüş iyulun 18-19-na planlaşdırılır
Xarici siyasət
11 İyul , 2017 16:27
Azərbaycan, Türkiyə və Тürkmənistanın XİN başçılarının görüşü gələn həftə Bakıda keçiriləcək

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredovun üçtərəfli görüşü keçiriləcək. 

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

Görüş iyulun 18-19-na planlaşdırılır.

"Hələlik nazirlərin görüşünün proqramı hazırlanır. Müəyyən dəyişikliklər də mümkündür", - diplomatik mənbə bildirib.

Üç ölkənin XİN başçısı Bakıda regional və üçtərəfli əməkdaşlıq məsələlərini, eləcə də üç ölkə tərəfindən həyata keçirilən layihələri müzakirə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi