Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün yekununda bəyannamə və fəaliyyət planı qəbul edilib

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün yekununda bəyannamə və fəaliyyət planı qəbul edilib Xarici işlər nazirləri 2017-2019-cu illər üzrə bəyannamə və fəaliyyət planı qəbul ediblər
Xarici siyasət
6 Sentyabr , 2017 12:23
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün yekununda bəyannamə və fəaliyyət planı qəbul edilib
Report.az/ Elşən Baba

Bakı. 6 sentybr. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin Bakıda keçirilən üçtərəfli görüşünün yekununda 2017-2019-cu illər üzrə fəaliyyət planı və bəyannamə qəbul olunub. 

"Report" xəbər verir ki, bu barədə üçtərəfli görüşünün yekununda keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TANAP layihəsinin 2018-ci ildən işə başlayacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, bugünkü görüş ən aktual iqtisadi, nəqliyyat və bir sıra digər layihə və məsələləri, o cümlədən İpək Yolu layihəsini müzakirə etməyə imkan yaradıb.

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze isə üçtərəfli görüşün aktual məsələləri müzakirə etməyə imkan verən unikal regional format olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu gün növbəti üç il üçün qəbul olunmuş fəaliyyət planı gələcək əməkdaşlıq istiqamətində vacib sənəddir.

Son xəbərlər

Orphus sistemi