Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü dekabrda keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü dekabrda keçiriləcək Elmar Məmmədyarov: "Ümid edirəm ki, gələn il bu layihə başa çatacaq"
Xarici siyasət
27 Noyabr , 2015 13:22
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü dekabrda keçiriləcək

Bakı. 27 noyabr. REPORT.AZ/ "Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü dekabr ayında baş tutacaq". 

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə keçirilən görüşün nəticələri ilə bağlı mətbuat konfransında bildirib. 

Bakı-Tbilisi-Qars layihəsinin uğurla həyata keçirildiyini deyən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşməsi və bu dəmiryolu hissəsinin tikinti gedişi ilə yerində tanış olması barədə razılıq əldə olunub. 

"Ümid edirəm ki, gələn il bu layihə başa çatacaq. Bu da Azərbaycan və Türkiyə arasında münasibətləri daha da inkişaf etdirməyə imkan yaradacaq", - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi