Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin iclası keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin iclası keçiriləcək Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava bu ölkənin Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıçla görüşüb.
Xarici siyasət
15 Sentyabr , 2021 17:46
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin iclası keçiriləcək

Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava bu ölkənin Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıçla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ankaradakı səfirliyindən bildirilib.

Tərəflər Gürcüstan və Türkiyə parlamentləri arasındakı mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə ediblər və parlament komitələrinin iki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığın dərinləşdirilməsində oynadığı müsbət rol qeyd olunub.

Görüşdə həmçinin ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri və regionda baş verən proseslər də nəzərdən keçirilib.

Tərəflər yaxın zamanlarda Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli toplantısının keçirilməsinə hazırlıq ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi