​Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü Batumidə keçiriləcək

​Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü Batumidə keçiriləcək Görüşün bu ilin yayında keçirilməsi qərara alınıb
Xarici siyasət
15 may 2016 17:30
​Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü Batumidə keçiriləcək

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü Batumidə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə qərar üç ölkə nazirinin Qəbələdə keçirilən görüşünün yekununda qəbul olunub.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə gürcü müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.

"Biz nazirlər səviyyəsində hazırlanmış detalları nəzərdən keçirdik. Sənədləri yoxladıq və nazirlər görüşü başa çatdıqdan sonra bu yay Batumidə toplaşmağı qərara aldıq. Ümid edirəm ki, hər iki nazir gələcək və bu üçtərəfli nazirlər görüşü və onun fəaliyyəti rəsmi və institusional şəkil alacaq", - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi