Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq Elmar Məmmədyarov Gürcüstanın müdafiə nazirini qəbul edib
Xarici siyasət
16 Dekabr , 2016 18:01
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbacyanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, iki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü bildirib. Həmçinin iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən L.İzoria Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. İki ölkə arasında strateji tərəfdaşlıq və dostluğun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb. 

Nazir həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əsasda hərbi sahədə əməkdaşlığına toxunaraq, bu formatda nazirlər səviyyəsində tezliklə 5-ci görüşün keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə nazirlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ciddi riayət olunmasının zəruriliyini qeyd ediblər. Həmçinin, tərəflər Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini və hər iki ölkənin üzləşdiyi münaqişələrin məhz bu prinsiplər əsasında həll edilməsininə dair mövqelərini yükəsk qiymətləndirdilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi