Bakı. 15 İyun. REPORT.AZ/ Azərbaycan hökuməti Gürcüstanda baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün qonşu ölkəyə yardım təklif edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib.
O, həmçinin bildirib ki, ilkin qiymətləndirmələrə görə, daşqınlar nəticəsində ölkəyə 23 milyon dollar məbləğində ziyan dəyib.
"İlkin qiymətləndirmələrə görə, təbii fəlakətin vurduğu ziyan təqribən 50 milyon gürcü larisi (23 mln. dollar) dəyərindədir. Latviya, Azərbaycan, Türkiyə, Ukrayna və bir sıra digər ölkələrin baş nazirləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yardım təklif ediblər", - deyə o qeyd edib.
İrakli Qaribaşvili hesab edir ki, hazırki mərhələdə xaricdən belə bir yardıma ehtiyac yoxdur. Eyni zamanda o, Gürcüstanın fəsadların aradan qaldırılması üçün xarici donorların müəyyən maliyyə yardımına ehtiyac duya biləcəyini istisna etməyib.