​Azərbaycan səfirliyi Parisdə növbəti erməni təxribatının qarşısını alıb

​Azərbaycan səfirliyi Parisdə növbəti erməni təxribatının qarşısını alıb Ermənilər Paris meriyasının binasında Dağlıq Qarabağla bağlı tədbir keçirmək istəyiblər
Xarici siyasət
1 Noyabr , 2015 18:44
​Azərbaycan səfirliyi Parisdə növbəti erməni təxribatının qarşısını alıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Paris meriyasında ermənilərin Dağlıq Qarabağla bağlı təşkil etmək istədikləri təxribat xarakterli tədbirin qarşısı alınıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, erməni assosiasiyası Paris meriyasının binasında “Seçkilər, demokratiya və beynəlxalq tanınma: Dağlıq Qarabağın timsalında” adlı konfrans-debat keçirməyi planlaşdırıb.

Bundan xəbər tutan Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsi və əlaqədar orqanlara müraciəti nəticəsində bədnam tədbirin qarşısını almaq mümkün olub.

Fransız dilli erməni mətbuatı da meriyanın bu konfrans-debata ev sahibliyi etməyəcəyinə dair xəbər yayıb.

Son xəbərlər

Orphus sistemi