Azərbaycan səfirliyi Gürcüstanın cəzaçəkmə müəssisələrindəki azərbaycanlı məhbuslara Novruz sovqatı verib

Azərbaycan səfirliyi Gürcüstanın cəzaçəkmə müəssisələrindəki azərbaycanlı məhbuslara Novruz sovqatı verib Tbilisi. 19 mart. REPORT.AZ/ Azərbaycan səfirliyi Gürcüstanın müxtəlif cəzaçəkmə müəssisələrində cəza çəkən məhbuslara Novruz sovqatı hədiyyə edib.
Xarici siyasət
19 Mart , 2018 15:16
Azərbaycan səfirliyi Gürcüstanın cəzaçəkmə müəssisələrindəki azərbaycanlı məhbuslara Novruz sovqatı verib

Tbilisi. 19 mart. REPORT.AZ/ Azərbaycan səfirliyi Gürcüstanın müxtəlif cəzaçəkmə müəssisələrində cəza çəkən məhbuslara Novruz sovqatı hədiyyə edib.

Səfirlikdən "Report"un Gürcüstan bürosuna bildiriblər ki, ümumilikdə, 78 məhbusa Novruz bayramı ilə əlaqədar təbrik açıqcaları, səməni, şəkərbura, paxlava, müxtəlif rənglərlə boyadılmış yumurta və digər Novruz atributları təqdim olunub.

Qeyd edək ki, ümumilikdə, Gürcüstan həbsxanalarında 78 Azərbaycan vətəndaşı cəza çəkir. Onlardan 11 nəfəri Kutaisi ərazisindəki həbsxanalardadır.

Son xəbərlər

Orphus sistemi