Azərbaycan səfiri Yaponiyanın "Komeyto" Partiyasının sədri ilə görüşüb

Azərbaycan səfiri Yaponiyanın "Komeyto" Partiyasının sədri ilə görüşüb Görüşdə ölkələr arasında ikitərəfli əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib
Xarici siyasət
20 Aprel , 2017 15:19
Azərbaycan səfiri Yaponiyanın Komeyto Partiyasının sədri ilə görüşüb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın "Komeyto" Partiyasının sədri, Müşavirlər Palatasının (parlamentin yuxarı palatası) üzvü Natsuo Yamaquçi ilə görüşüb.

"Report" Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadən xəbər verir ki, görüş partiya qərargahında keçirilib.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələr və onların inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, "Komeyto" Partiyası Yaponiyanın Müşavirlər Palatasında 25 mandata malikdir.

Son xəbərlər

Orphus sistemi