Yuxarı

Azərbaycan səfiri Ukraynanın QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri ilə görüşüb

Eynulla Mədətli Azərbaycanın daim Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukraynanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, Ali Radanın deputatı Lyudmila Denisova ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, mayın 19-da Bakıda yaşayış binasında baş vermiş yanğın ilə əlaqədar kədərini bölüşən Lyudmila Denisova faciədə həlak olanlara nümayəndə heyəti adından başsağlığı verib, yaralananlara tezliklə şəfa tapmağı arzulayıb. O, Ukraynanın Donbas vilayətində hərbçilərə, həmçinin ölkə daxilində məcburi köçgünlərə verdiyi dəstəyə görə Ukraynadakı Azərbaycan diasporuna da minnətdarlığını bildirib.

Lyudmila Denisova Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"nın Riqa şəhərində keçirilmiş zirvə görüşünün bəyannaməsinin imzalanmasında verilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib. Səfir Azərbaycanın daim Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə QDİƏT Parlament Assambleyasının iyunun 8-10-da Kişinyov şəhərində keçiriləcək 45-ci Baş Assambleyasına hazırlıq işləri, həmçinin iki ölkə arasında parlamentləarası əlaqələr müzakirə edilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi