Azərbaycan səfiri Ukraynanın birinci prezidenti ilə görüşüb

Azərbaycan səfiri Ukraynanın birinci prezidenti ilə görüşüb Eynulla Mədətli ona britaniyalı yazıçı Graeme Vilsonun ümummilli lider Heydər Əliyevə həsr etdiyi kitabını təqdim edib
Xarici siyasət
30 Dekabr , 2014 16:43
Azərbaycan səfiri Ukraynanın birinci prezidenti ilə görüşüb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukraynanın birinci prezidenti Leonid Kravçuk ilə görüşüb. Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Leonid Kravçuku qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik edən səfir ona britaniyalı yazıçı Graeme Vilsonun ümummilli lider Heydər Əliyevə həsr etdiyi “HEYDAR. The rise and fall and rise again of Heydar Aliyev and Azerbaijan” (Heydər Əliyev və Azərbaycanın qalxışı, enişi və yenidən qalxışı) kitabını təqdim edib. 

Müəllif kitabda Leonid Kravçuk ilə görüş və müsahibədən istifadə edib, Kravçukun Heydər Əliyevin uca şəxsiyyətinə, çətin illərdə həqiqətən Azərbaycan dövlətçiliyini xilas etdiyinə və daxili-xarici siyasətin möhkəm təməlini yaratdığına dair fikirlərinə geniş yer verib. Səfir Leonid Kravçuka ölkəmiz və ümummilli lider Heydər Əliyev haqqındakı dəyərli fikirlərinə görə minnətdarlığını bildirib, səfirlik tərəfindən Ukrayna dilində çap olunmuş, Azərbaycan Prezidenti  İlham Əliyevin həyat və siyasi fəaliyyəti barədə “İlham Əliyev. Azərbaycan Prezidentinin Portreti” kitabını hədiyyə edib.

Leonid Kravçuk kitablara görə təşəkkürünü bildirib, salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə yetirməyi xahiş edib, səfiri və Azərbaycan səfirliyinin kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib. 

Son xəbərlər

Orphus sistemi