Azərbaycan səfiri "Türk Ocaqları"nın heyətini qəbul edib

Azərbaycan səfiri "Türk Ocaqları"nın heyətini qəbul edib Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Türk Ocaqları” cəmiyyəti Ankara şöbəsinin rəhbəri Türkan Hacaloğlunun sədrliyi altındakı heyəti qəbul edib
Xarici siyasət
6 aprel 2022 12:22
Azərbaycan səfiri Türk Ocaqlarının heyətini qəbul edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Türk Ocaqları” cəmiyyəti Ankara şöbəsinin rəhbəri Türkan Hacaloğlunun rəhbərlik etdiyi heyəti qəbul edib.

“Report” xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Türkiyədəki səfirliyinin tviter səhifəsində yer alıb.

Bildirilib ki, görüşdə işğaldan azad edilən Qarabağda görülən fəaliyyətlər haqqında məlumat verilib, “Türk Ocaqları” ilə ortaq tədbirlərin təşkili mövzusunda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Türk Ocaqları” türkçülük ideyası ətrafında yaradılmış, kökü 1912-ci ilə söykənən təşkilatdır. Həmin ildə qurulan cəmiyyət öz fəaliyyəti bir sıra siyasi səbəblərdən dolayı 1931-ci ildə bağlansa da, 1949-cu ildə fəaliyyətini bərpa edib.

Son xəbərlər

Orphus sistemi