Azərbaycan səfiri: "Tramp administrasiyasının realist, praqmatik olacağına və müttəfiqlərini qiymətləndirəcəyinə ümid edirik"

Azərbaycan səfiri: "Tramp administrasiyasının realist, praqmatik olacağına və müttəfiqlərini qiymətləndirəcəyinə ümid edirik" Elin Süleymanov: "Azərbaycan ilə ABŞ arasındakı əlaqələr bir sıra sahələrdə strateji xarakter daşıyır"
Xarici siyasət
30 Mart , 2017 10:59
Azərbaycan səfiri: Tramp administrasiyasının realist, praqmatik olacağına və müttəfiqlərini qiymətləndirəcəyinə ümid edirik
Algemeiner

Bakı. 30 mart. REPORT.AZ/ "ABŞ ilə sıx əlaqələrimiz var. Bu, terrorizmə qarşı mübarizə və müdafiə məsələləri kimi bir sıra sahələrdə strateji xarakter daşıyır. Əfqanıstana gedən və oradan göndərilən hərbi yüklərin 40%-i Azərbaycandan keçir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatlarda işıq üzü görən "Algemeiner" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, son bir neçə ildə münasibətlər yaxşı səviyyədə qalmaqda davam edir, lakin ABŞ tərəfi Cənubi Qafqaz regionuna daha az praqmatik və qeyri-real formada yanaşdığından münasibətlər bir qədər köhnəlib.

"Yeni administrasiyanın mövqeyini yaxşı əsasda quracağına və gələcəkdə bunu daha da inkişaf etdirəcəyinə ümid edirik", - diplomat bildirib.

Prezident Donald Trampın administrasiyası barədə danışan səfir onun realist, praqmatik olacağına və müttəfiqlərini qiymətləndirəcəyinə ümidvar olduğunu vurğulayıb. "Bu, həmçinin ABŞ-ın müttəfiqi olan bir müsəlman ölkəsi kimi Azərbaycanın müstəqilliyinin və rolunun aydın və qəbul edilən olması baxımından vacibdir", - Azərbaycanın səfiri bildirib.

Onun sözlərinə görə, yeni administrasiyada hələ bütün məmurlar təyin edilməyib. "Bu, problem yaratmasa da, müəyyən dərəcədə qeyri-müəyyənlik yaradır", - E.Süleymanov deyib.

O, amerikalı dostları və həmkarlarının mühüm keçid mərhələsindən keçdiyini və yeni siyasət formalaşdırmaq üçün onlara vaxt verilməsinin zəruriliyini qeyd edib.

Azərbaycan səfiri yeni administrasiya ilə əlaqələrin müsbət olacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi