Azərbaycan səfiri Qazaxıstan Senatının spikeri ilə görüşüb

Azərbaycan səfiri Qazaxıstan Senatının spikeri ilə görüşüb Tərəflər sahibkarlar arasında əlaqələrin qurulması, Xəzər dənizində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib
Xarici siyasət
29 Mart , 2016 10:19
Azərbaycan səfiri Qazaxıstan Senatının spikeri ilə görüşüb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstan parlamentinin yuxarı palatasının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.

"Report" "Zakon.kz"a istinadən xəbər verir ki, görüşdə Senatın spikeri Qazaxıstan-Azərbaycan tərəfdaşlığının strateji xarakterini vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin parlamentariləri həm ikitərəfli səviyyədə, həm də MDB Parlamentlərarası Assambleyası çərçivəsində məhsuldar əməkdaşlıq edirlər.

Öz növbəsində, R.Məmmədov iki ölkə arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə yardım etmək niyyətini dilə gətirib.

Tərəflər, həmçinin sahibkarlar arasında əlaqələrin qurulması, Xəzər dənizində əməkdaşlığın inkişafı, tranzit-nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi