Azərbaycan səfiri Polşa ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb

Azərbaycan səfiri Polşa ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb "Azərbaycan ilə Polşa arasında əməkdaşlıq qarşılıqlı dostluğa və etimada əsaslanır".
Xarici siyasət
20 oktyabr 2022 08:40
Azərbaycan səfiri Polşa ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb

"Azərbaycan ilə Polşa arasında əməkdaşlıq qarşılıqlı dostluğa və etimada əsaslanır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra ölkələr arasında əməkdaşlıq üçün yeni perspektivlər açılıb.

“Nəqliyyat və logistika ölkələrimiz arasında əməkdaşlığın əsas sahələri sırasındadır”, - o bildirib.

Səfir vurğulayıb ki, texnologiya və innovasiyaların inkişafında Polşa Azərbaycana dəstək verə və iki ölkə bərpa olunan enerji mənbələrinə də sərmayə qoya bilər.

Son xəbərlər

Orphus sistemi