Yuxarı
    Bağlamaq

    Azərbaycan səfiri Pakistanda törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib

    Əli Əlizadə: Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm

    Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Sehvan şəhərində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib.

    "Report" xəbər verir ki, Ə.Əlizadə Sindh əyalətinin Lal Şahbaz Qələndər türbəsində törədilmiş terror aktını qınayıb.

    "Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm", - səfir "Twitter" səhifəsində yazıb.

    Xatırladaq ki, terrorçu-kamikadzenin özünü sufi türbəsində partlatması nəticəsində 72 nəfər ölüb, 150 nəfər yaralanıb. Terror hücumuna görə, məsuliyyəti İŞİD üzərinə götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi