Azərbaycan səfiri Moldovanın “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan səfiri Moldovanın “Şərəf” ordeni ilə təltif edilib Moldova Respublikasının Prezidenti Maya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.
Xarici siyasət
13 dekabr 2023 14:27
Azərbaycan səfiri Moldovanın “Şərəf” ordeni ilə təltif edilib

Moldova Respublikasının Prezidenti Mayya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Moldovanın dövlət başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.

Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

Mayya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və onu Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi