Azərbaycan səfiri Moldovanın dövlət katibi ilə görüşüb

Azərbaycan səfiri Moldovanın dövlət katibi ilə görüşüb Tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər
Xarici siyasət
512
13 Fevral , 2021 16:04
Azərbaycan səfiri Moldovanın dövlət katibi ilə görüşüb
Qüdsi Osmanov və George Leuke

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi George Leuke Azərbaycan Respublikasının bu ölkədəki səfiri Qüdsi Osmanovu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli səviyyədə siyasi, sosial, iqtisadi və ticari sahələrdə, eləcə də çoxtərəfli formatlardakı qarşılıqlı əlaqələrə toxunulub.

Rəsmilər ikitərəfli münasibətlərin gələcək dinamikasının inkişafı, müxtəlif səviyyələrdə siyasi dialoqun intensivləşdirilməsi, nazirlərarası əməkdaşlıq və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı bəzi məsələləri də müzakirə ediblər.

Həmçinin bəzi regional və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq barədə məlumat və fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi