Azərbaycan səfiri Litvanın iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycan səfiri Litvanın iqtisadiyyat naziri ilə görüşüb Mindauqas Sinkyaviçüs iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib
Xarici siyasət
31 Yanvar , 2017 17:30
Azərbaycan səfiri Litvanın iqtisadiyyat naziri ilə görüşüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin iqtisadiyyat naziri Mindauqas Sinkyaviçüs ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Səfir öncə M.Sinkyaviçüsu nazir təyin edilməsi münasibətilə təbrik edib və cari ilin aprelin 6-dan 8-dək Bakıda keçiriləcək 16-cı “Beynəlxalq Azərbaycan Turizm və Səyahət” sərgisində Litva turizm şirkətlərinin iştirakı ilə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən onun adına ünvanlanmış dəvət məktubunu təqdim edib.

Daha sonra, səfir iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarasi komissiyanin, eləcə də Litva Seymində və Azərbaycan Milli Məclisində Parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək Litva şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.

Nazir M.Sinkyaviçüs Litva və Azərbaycan biznes dairələri arasında əməkdaşlıq münasibətlərinin inkişafına maraqlı olduğunu deyib və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi