Azərbaycan səfiri Küveytin vəliəhdi ilə görüşüb

Azərbaycan səfiri Küveytin vəliəhdi ilə görüşüb Səfir Küveyt əmirinin Azərbaycana tezliklə səfər edəcəyinə ümidvar olduğunu bildirib
Xarici siyasət
23 May , 2016 15:18
Azərbaycan səfiri Küveytin vəliəhdi ilə görüşüb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın qəbulunda olub.

Azərbaycanın Küveytdəki səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı səfir ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirib.

Görüşdə səfir İlham Əliyevin 2009-cu ildə Küveytə səfərini xatırladıb və Küveyt əmiri Şeyx Nəvaf Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edib.

Daha sonra beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Küveytin Azərbaycan göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.

Küveytin vəliəhdi ölkə rəhbərliyi və xalqının Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını və bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Şeyx Nəvaf Əl-Əhməd səmimi salamlarına və xoş arzularına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib və öz növbəsində dövlət başçısına səmimi salamlarının və dost Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş edib.

Son xəbərlər

Orphus sistemi