Yuxarı
    Bağlamaq

    Azərbaycan səfiri Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə görüşüb

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

    Tbilisi. 2 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə görüşüb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, K.Kaladze Dursun Həsənovu səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, eləcə də, energetika sahəsində inkişafının vacibliyini vurğulayıb: "Ölkələrimiz arasında əlaqələrin genişlənməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət və hökumət başçılarının rolu böyükdür".

    Nazir Gürcüstanın enerji ehtiyaclarının ödənilməsində, yeni qaz anbarının tikintisində, çoxsaylı yanacaqdoldurma məntəqələrinin açılmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb, ölkəmizdə reallaşdırılan yeni enerji layihələrinin Gürcüstan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, göstərilən diqqət və qayğıya, dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. 

    Dursun Həsənov ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən, gürcü və Azərbaycan xalqları arasında tarixi köklərə söykənən qardaşlıq və dostluq əlaqələrdən danışıb. Azərbaycan dövlətinin qardaş Gürcüstan ilə əlaqələrə xüsusi önəm verdiyini və ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.

    Səfir ümummilli lider Heydər Əliyevin Gürcüstana tarixi səfərini xatırladıb, Azərbaycan və gürcü xalqlarının dostluğunun daha da möhkəmlənməsində ulu öndərin xidmətlərini xüsusi qeyd edib, Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.

    Regionda həyata keçirilən irimiqyaslı enerji layihələrindən bəhs edən D.Həsənov deyib ki, bütün çətinliklərə, siyasi təzyiqlərə baxmayaraq, ulu öndərin gərgin əməyi və siyasi ustalığı ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” bu gün təkcə regionun deyil, bütün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının birgə iclasının keçirilməsinin, hökumət və parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyi xüsusi qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi