Azərbaycan səfiri etimadnaməsinin surətini Gürcüstanın XİN başçısına təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Gürcüstanın XİN başçısına təqdim edib Dursun Həsənov iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı təşviq etməyə hazır olduğunu bildirib
Xarici siyasət
16 Yanvar , 2017 17:01
Azərbaycan səfiri etimadnaməsinin surətini Gürcüstanın XİN başçısına təqdim edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanın Gürcüstana yeni təyin olunmuş səfiri Dursun Həsənovla görüşüb.

"Report" Gürcüstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dostluq və əməkdaşlığın hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər. Nazir dövlətlərarası və regionlararası əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. 

Görüşdə ikitərəfli gündəlikdə olan aktual məsələlər müzakirə olunub. Gürcüstanın XİN başçısı Azərbaycan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Dursun Həsənov iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı təşviq etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, D.Həsənov etimadnaməsini Gürcüstan prezidentinə təqdim etdikdən sonra bu ölkədə diplomatik missiyasına başlayacaq.