Kosta-Rika prezidenti Azərbaycan səfirini ölkəsinə dəvət etdi

Kosta-Rika prezidenti Azərbaycan səfirini ölkəsinə dəvət etdi Azərbaycanın Kosta-Rikadakı səfiri Məmməd Talıbov videokonfrans formatında keçirilmiş mərasimdə etimadnaməsini bu ölkənin prezidenti Karlos Alvarado Kesadaya təqdim edib.
Xarici siyasət
8 Dekabr , 2020 06:02
Kosta-Rika prezidenti Azərbaycan səfirini ölkəsinə dəvət etdi
Karlos Alvarado Kesada

Azərbaycanın Kosta-Rikadakı səfiri Məmməd Talıbov videokonfrans formatında keçirilmiş mərasimdə etimadnaməsini bu ölkənin prezidenti Karlos Alvarado Kesadaya təqdim edib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, M.Talıbov ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident K.A.Kesadaya çatdırıb.

Öz tərəfindən təşəkkürünü bildirən Kosta-Rika Prezidenti onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Kosta-Rika arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğu, bu xüsusda iki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq aparıldığı, habelə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialının olduğu qeyd edilib və birgə səylərlə ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə yüksələcəyinə ümid ifadə olunub.

Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin uzun illər Ermənistanın işğalı altında olduğu bir vaxtda Kosta-Rikanın bu münaqişədə beynəlxalq hüquqa söykənən mövqeyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirən M.Talıbov Kosta-Rika Xarici İşlər Nazirliyinin Ermənistanla Azərbaycan arasında baş vermiş son qarşıdurmanı daim diqqətdə saxlaması və bununla bağlı bəyanat verməsinin vacibliyini vurğulayıb. Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış bəyanat barədə danışan səfir sənədin tələblərinə əsasən, Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarıldığını bildirib.

Sonda ölkəmizə sülh və əmin-amanlıq arzulayan Prezident K.A.Kesada M.Talıbovu Kosta-Rikaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və yaxın zamanda Kosta-Rikaya səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi