Azərbaycan səfiri etimadnaməsini Gürcüstanın XİN başçısına təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Gürcüstanın XİN başçısına təqdim edib Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri David Zalkalianiyə təqdim edib.
Xarici siyasət
23 Sentyabr , 2020 17:45
Azərbaycan səfiri etimadnaməsini Gürcüstanın XİN başçısına təqdim edib

Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri David Zalkalianiyə təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

D.Zalkaliani F.Quliyevi səfir təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir ümidvar olduğunu bildirib ki, iki ölkə arasında yüksək səviyyəli strateji və dostluq əlaqələri bundan sonra daha da dərinləşdiriləcək.

Mərasimdən sonra keçirilən görüşdə tərəflər Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini və gələcək əməkdaşlığın perspektiv və istiqamətlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi