Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (SCO) müşahidəçi statusu verilməsi məsələsi araşdırılır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Can Min bildirib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı Ermənistanın da təşkilatda müşahidəçi status əldə etməsi məsələsinə baxılır: “Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər bu məsələni ətraflı şəkildə araşdırırlar. Şəxsən mən bununla bağlı nikbin olsam da, dəqiq tarix verməkdə çətinlik çəkirəm”.
Xatırladaq ki, 2001-ci ildə təsis edilmiş Şahxay Əməkdaşlıq Təşkilatında Çin, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan təmsil olunur. Həmçinin Belarus, Əfqanıstan, İran, Monqolustan təşkilatda müşahidəçilik statusuna, Azərbaycan, Ermənistan, Kambodia, Nepal, Şri Lanka, Türkiyə isə dialoq tərəfdaşlığı statusuna malikdir.