Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün vaxtı açıqlanıb

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün vaxtı açıqlanıb Görüş Bakıda keçiriləcək
Xarici siyasət
13 İyul , 2016 10:21
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün vaxtı açıqlanıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də Bakıda keçirilməsi planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bildirib.

Xatırladaq ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı üç ölkə prezidentinin görüşünə hazırlıq görüldüyü faktını təsdiqləmiş və bu görüşün yaxın zamanlarda baş tutacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi