Azərbaycan Rusiya Dövlət Dumasına seçkiləri müşahidə etməyə dəvət olunub

Azərbaycan Rusiya Dövlət Dumasına seçkiləri müşahidə etməyə dəvət olunub Bu payız Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri 43 ölkənin nümayəndəsi müşahidə edəcək
Xarici siyasət
27 İyul , 2016 09:38
Azərbaycan Rusiya Dövlət Dumasına seçkiləri müşahidə etməyə dəvət olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin sentyabr ayında Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri 43 ölkədən olan nümayəndələr müşahidə edəcək.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası 43 ölkəyə, o cümlədən Azərbaycana təklif göndərib.

Qeyd olunur ki, Dövlət Dumasına seçkilərdə beynəlxalq müşahidəçilərin ilk qrupu avqustun 10-da Rusiyaya gələcək. Səsvermə günü - sentyabrın 18-də isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) 420 ekspert və MDB ölkələrindən müşahidəçilər gələcək.

Son xəbərlər

Orphus sistemi