Yuxarı

XİN: Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir

Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsini pisləyir. “Report”un xəbərinə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin yaydığı açıqlamada bildirilib.

“Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”, - H.Hacıyev bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi