Azərbaycan Qətərlə ticarət dövriyyəsinin artırılmasını hədəfləyir

Azərbaycan Qətərlə ticarət dövriyyəsinin artırılmasını hədəfləyir Qətər vətəndaşları üçün Azərbaycana gəliş zamanı əldə edilməli olan viza rejiminin sadələşdirilməsi bu ölkədən çox sayda turist cəlb edib. Eyni zamanda Qatar Airways aviaşirkətinin Bakıya birbaşa reyslər təşkil etməsi də Azərbaycan və Qətər xalqları arasında körpü yaradılmasında mühüm rol oynayıb.
Xarici siyasət
30 Aprel , 2019 11:42
Azərbaycan Qətərlə ticarət dövriyyəsinin artırılmasını hədəfləyir
Gulf Times

"Qətər vətəndaşları üçün Azərbaycana gəliş zamanı əldə edilməli olan viza rejiminin sadələşdirilməsi bu ölkədən çox sayda turist cəlb edib. Eyni zamanda "Qatar Airways" aviaşirkətinin Bakıya birbaşa reyslər təşkil etməsi də Azərbaycan və Qətər xalqları arasında körpü yaradılmasında mühüm rol oynayıb".

"Report" "Gulf Times" nəşrinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Dohada keçrilən və iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunan tədbirdə deyib.

"Diplomatik əlaqələrin 25 illiyi ərzində hər iki ölkə bütün sahələrdə möhkəm ümumi dəyərlərə əsaslanan münasibətlər qurub və bu, ölkələrimiz arasında mövcud olan güclü insani, mədəni və iqtisadi əlaqələrin əsl təcəssümüdür", - R.İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Qətər bütün siyasi və iqtisadi əlaqələrdə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Azərbaycanlı diplomat qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında ikitərəfli münasibətlərin yeni dövrünün başlanğıcı olub.

"Səfərlər zamanı hökumətlər arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması da daxil olmaqla, bir sıra ikitərəfli sazişlər və anlaşma memorandumları imzalanıb", - R.İsmayılov vurğulayıb.

O, ölkələrin siyasi liderləri arasındakı şəxsi əlaqələrin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində müsbət rol oynadığına diqqət çəkib.

"İki ölkə arasında qurulan əlaqələr qarşılıqlı hörmət prinsipinə əsaslanır və bu, bütün sahələrdəki əməkdaşlığımızın inkişafına müsbət təsir göstərir, regional və beynəlxalq kontekstdə hər iki ölkənin maraqlarına xidmət edir", - səfir əlavə edib.

Diplomat vurğulayıb ki, yaxın gələcək üçün ən vacib hədəflərdən biri ticarətin artırılmasıdır və bunun üçün yaxşı imkanlar var.

Qeyd edək ki, Bakı və Doha arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə Qətərin Təhsil və Ali Təhsil Naziri Məhəmməd Vahid Əli əl-Hammadi, Bələdiyyə və Ekologiya Naziri Abdullah bin Əbdüləziz bin Turki əl-Subaye və başqa yüksək çinli məmurlar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi