Yuxarı
    Bağlamaq

    Azərbaycan-Qətər Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 17 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

    "Report"un məlumatına görə, sənədlə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

    Komissiyanın həmsədri

    Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Komissiyanın üzvləri:

    İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

    Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

    Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

    Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

    Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

    Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri

    Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi