Yuxarı

​Azərbaycan prezidentinin Vatikana rəsmi səfəri başa çatıb

İlham Əliyevin Müqəddəs Taxt-Tacın dövlət katibi ilə geniş tərkibdə görüşü olub

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Vatikana rəsmi səfər çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirilib. Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırılıb. Bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

***

Bununla da martın 6-da prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi