Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Xarici siyasət
10 İyul , 2017 19:50
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri iyulun 10-da başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini Türkiyənin rəsmi şəxsləri yola salıblar.

Xatırladaq ki, Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfər edib.

Son xəbərlər

Orphus sistemi