Azərbaycan Prezidentinin Qazaxıstana səfəri başlayıb

Azərbaycan Prezidentinin Qazaxıstana səfəri başlayıb Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə sammitində iştirak edəcək
Xarici siyasət
9 Sentyabr , 2017 13:10
Azərbaycan Prezidentinin Qazaxıstana səfəri başlayıb
Azertag.az / Azertag.az

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstana işgüzar səfərə gedib. 

"Report" xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Dövlət başçısını Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, sammit Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə sentyabrın 10-11-də Astanada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi