Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Türkiyə-Azərbaycan münasibətlərini müzakirə edilib.
Xarici siyasət
7 İyun , 2022 07:01
Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib.

Bu barədə “Report”a Türkiyənin Vaşinqtondakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

Son xəbərlər

Orphus sistemi