Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidentinin köməkçisi Qazaxıstana səfər edəcək

    Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü keçiriləcək

    Bakı. 17 avqust. REPORT.AZ/ Avqustun 18-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü keçiriləcək. “Report”un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə ölkəmizi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev daxildirlər.

    Tədbirdə Türk Şurasının baş katibi (moderator) Ramil Həsənov, Qazaxıstanın investisiya və inkişaf naziri Asset İssekeşev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbək Maksudov, Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan iştirak edəcəklər.

    Görüşdə Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatının müzakirəsi və təsdiq olunması, Türk Şurasının kanalın yaradılması ilə bağlı konsepsiya sənədinin, nazirlər tərəfindən imzalanacaq informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolunun, Türk Şurasının milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolunun və Türk Şurasının Xəbər Agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq olunması nəzərdə tutulub. Həmçinin TDƏŞ-ə üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığın digər aspektləri, Türk Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin ikinci görüşünün yerinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi