Azərbaycan Prezidentinin əfv etdiyi bloqqer Aleksandr Lapşin artıq İsraildədir

Azərbaycan Prezidentinin əfv etdiyi bloqqer Aleksandr Lapşin artıq İsraildədir Bu barədə Knessetin deputatı Kseniya Svetlova məlumat verib
Xarici siyasət
14 Sentyabr , 2017 13:13
Azərbaycan Prezidentinin əfv etdiyi bloqqer Aleksandr Lapşin artıq İsraildədir
Sputnik

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin əfv etdiyi bloqqer Aleksandr Lapşin həbsdən azad olduqdan sonra İsrailə yollanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə agentliyə Knessetin deputatı Kseniya Svetlova məlumat verib.

Onun sözlərinə görə, A.Lapşin artıq İsraildədir: "O, Təl-Əvivə Bakıdan birbaşa reyslə yollanıb".

Xatırladaq ki, İsrail, Rusiya və Ukrayna vətəndaşı olan bloqqer Azərbaycanın müraciəti ilə 2016-cı ilin dekabr ayında Minskdə saxlanılıb. A.Lapşin Bakıdan icazə almadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyinə görə "qara siyahı"ya daxil edilib. O, Bakıya ekstradisiya olunduqdan sonra 3 il həbs cəzasına məhkum edilib.

Sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev bloqqeri əfv edib.

Son xəbərlər

Orphus sistemi