Azərbaycan Prezidentinin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB

Azərbaycan Prezidentinin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib
Xarici siyasət
17 Yanvar , 2017 12:56
Azərbaycan Prezidentinin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB

*** saat 11:20

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi