Azərbaycan Prezidentinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub - YENİLƏNİB

Azərbaycan Prezidentinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub - YENİLƏNİB Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub
Xarici siyasət
15 Mart , 2018 15:42
Azərbaycan Prezidentinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub - YENİLƏNİB

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub.

"Report" xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi salamlayan Prezident İlham Əliyev onunla ötən görüşünü məmnunluqla xatırladıb. 

Söhbət zamanı VI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulanıb. Bildirilib ki, dünyada Forumun nüfuzu getdikcə daha da artır.

Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yaxşı perspektivləri var.

Söhbət zamanı ötən əsrin 70-ci illərindən Bakı ilə Sarayevonun qardaşlaşması məmnunluqla xatırlanıb.


*** 12:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi