Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb.
"Report" xəbər verir ki, dövlət başçısı səfərin son günü Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.