​Azərbaycan Prezidentinin Ankarada rəsmi qarşılanma mərasimi olub

​Azərbaycan Prezidentinin Ankarada rəsmi qarşılanma mərasimi olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb
Xarici siyasət
15 Yanvar , 2015 14:17
​Azərbaycan Prezidentinin Ankarada rəsmi qarşılanma mərasimi olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 15-də Türkiyə Respublikası Prezidentinin Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı. Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Son xəbərlər

Orphus sistemi