Yuxarı

Azərbaycan Prezidenti Yunanıstanın yeni dövlət başçısına təbrik məktubu göndərib

Əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının yeni seçilmiş Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi