Yuxarı

Azərbaycan Prezidenti Yunanıstanın yeni seçilən baş nazirini təbrik edib

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik

Bakı. 22 sentyabr. REPORT.AZ Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın baş naziri Aleksis Tsiprası təbrik edib. 

"Report" xəbər verir ki, təbrikdə deyilir:  "Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi