Azərbaycan Prezidenti Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji nazirini qəbul edib

Azərbaycan Prezidenti Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji nazirini qəbul edib İki ölkə arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olunub
Xarici siyasət
12 Fevral , 2015 17:47
Azərbaycan Prezidenti Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji nazirini qəbul edib

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panayiotis Lafazanisi qəbul edib. 

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib. İki ölkə arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Söhbət zamanı həyata keçirilən qlobal enerji layihələrinin ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı baxımından önəmi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi