Azərbaycan Prezidenti Yaponiyanın baş nazirini və tunisli həmkarını təbrik edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan Prezidenti Yaponiyanın baş nazirini və tunisli həmkarını təbrik edib (ƏLAVƏ OLUNUB) "Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
Xarici siyasət
25 Dekabr , 2014 17:41
Azərbaycan Prezidenti Yaponiyanın baş nazirini və tunisli həmkarını təbrik edib (ƏLAVƏ OLUNUB)

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın baş naziri Şinzo Abeyə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:

“Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Tunis Respublikasının yeni seçilmiş Prezidenti Beji Kaid əs-Sebsiyə də təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:

“Tunis Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Son xəbərlər

Orphus sistemi