Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli xanım Qrabar-Kitaroviç,
Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".