Azərbaycan Prezidenti Xorvatiya və Sloveniyanın dövlət başçılarını təbrik edib

Azərbaycan Prezidenti Xorvatiya və Sloveniyanın dövlət başçılarını təbrik edib Məktublar hər iki xalqın milli bayramı – Dövlətçilik günü münasibətilədir
Xarici siyasət
24 İyun , 2016 19:14
Azərbaycan Prezidenti Xorvatiya və Sloveniyanın dövlət başçılarını təbrik edib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.

“Report”un məlumatına görə, təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

Dövlət başçısı həmçinin Sloveniya prezidenti Borut Pahora da təbrik məktubu ünvanlayıb: "Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi